Gündəm

Ərdoğan: "Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir"

Ərdoğan: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir

"Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən X Zirvə Görüşündə çıxışı zamanı deyib.

O, Azərbaycanın işğala son qoyduğunu açıqlayıb: “Can Azərbaycan Vətən müharibəsindən sonra 30 illik işğala son verdi. Beləliklə, sülhə bir addım da yaxınlaşdıq. Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.(Report)

NE
Nihadə Eyyubova