Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak etmək üçün sabah Qazaxıstana səfərə gedəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Prezident Ərdoğan noyabrın 2-3-də Astanada "Türk Dövrü" mövzusu ilə keçiriləcək zirvə toplantısına qatılacağını açıqlayıb.
Liderlərin aktual qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacağı sessiyadan sonra Prezident Ərdoğanın liderlərlə ikitərəfli görüşləri də gözlənilir.
Aysu Demokrat.az


