Region Özəl

Hakan Fidan Berlinə gedir

Hakan Fidan Berlinə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyanın paytaxtı Berlinə səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Hakan Fidan sabah Almaniya Federal Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçiriləcək "Aİ Genişlənməsi və İslahat Xarici İşlər Nazirləri Konfransı"nda iştirak etmək üçün Berlinə səfər edəcək.

Səfər çərçivəsində Hakan Fidanın Almaniya Federativ RespublikasınınXarici İşlər Naziri Annalena Baerbuk ilə görüşəcəyi gözlənilir.

Aysu Demokrat.az

D
demokrat.az