Türkiyədə iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada 4 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin Ümraniye bölgəsində baş verib.
Əraziyə çoxlu sayda təcili tibbi yardım, xilasetmə və polis qrupları göndərilib.
Yaralılar qısa zamanda xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılmağa davam edir.
Aysu Demokrat.az


