Hadisə Özəl

İki avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət aldı

İki avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət aldı

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində 9 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata əsasən, hadisə ölkənin Aydın vilayətində baş verib.

Qəza yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Nəqliyyatın hərəkəti üçün bağlanan yol təmizlik işlərindən sonra açılıb.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova