Maraqlı Özəl

"ZOOM"da nələri itiririk? — ARAŞDIRMA

ZOOMda nələri itiririk? — ARAŞDIRMA

Üz-üzə söhbət zamanı beynin fəaliyyəti "ZOOM" proqramı vasitəsilə danışan iki insanın beyninin fəaliyyətindən fərqlənir.

Demokrat.az "skynews"a istinadən xəbər verir ki, ABŞ-nin Yale Universitetində aparılan tədqiqatlar insan beyninin canlı qarşılıqlı ünsiyyət zamanı üz siqnallarını idarə etmək üçün tənzimləndiyini sübut edib.

Araşdırmalarda tədqiqatçılar hər iki cür söhbət zamanı sinir sistemi reaksiyalarını qeydə alıblar. Nəticədə üz-üzə söhbətlərdə göz kontaktının daha uzun davam etdiyi və göz bəbəyinin genişləndiyi müşahidə olunub.

O da məlum olub ki, canlı ünsiyyət zamanı beyin dalğası aktivliyi də çoxalır, bu da üz əzələlərinin hərəkət qabiliyyətini artırır.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova