Gündəm

Xalq artisti qardaşının düşdüyü qəzadan danışdı

Xalq artisti qardaşının düşdüyü qəzadan danışdı

Xəbər verdiyimiz kimi,Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimov avtomobil qəzası keçirdib.

Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən xanəndə hadisənin necə baş verməsindən danışıb. O bildirib ki, hazırda qardaşı və ailəsinin səhhəti yaxşıdır:

"Qardaşımın şəhid oğlu İsrafilin bu gün anım günüdür. Ona görə də ailə dünən Ağdama gedib ki, əvvəlcədən hazırlıqlar etsinlər. Avtomobil yoldaqarşıdan gələn maşınla toqquşub.Şəhidimizin nənəsi dünyasını dəyişib. Qardaşım və ailəsi Kürdəmirdə ilkin müayinələrdən sonra Bakıya gətirilib. İndi yaxşıdırlar".

Qeyd edək ki, Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada Z.İbrahimovun qayınanasıvəfat edib. Şəhidin atası, anası və qardaşı isə xəsarət alıb.

NE
Nihadə Eyyubova