Türkiyənin İzmir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Bildirilib ki, İzmirin Bayındır rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Zəlzələ nəticəsində dağıntı və ya itki hadisəsi baş verməyib.
Aysu Demokrat.az


