“İnsan Alverinə qarşı mübarizə sahəsində maarifləndirmə üzrə təşəbbüslər" layihəsinin icrası məqsədilə ADPU-nun Şəki (10 oktyabr 2023-cü il) və Cəlilabad filiallarında geniş tədbirlər keçirilməsi davam edir.
16 oktyabr 2023-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında layihənin icrasına başlanılıb.
Tədbiri ADPU-nun Cəlilabad filialının direktoru, Aqrar elmlər üzrə fəlsəfə doktoru Xudayar Sultanlı açaraq insan alverinə qarşı mübarizənin gücləndirilməsində vətəndaş cəmiyyətinin artan rolundan danışmış, sonra sözü “Polisə Dəstək”İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin veteranı Şəmsəddin Əliyevə vermişdir. Ş.Əliyev DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin bu sahədəki fəaliyyəti, müqayisəli statistik məlumatlar, insan alveri cinayətlərini doğuran səbəblər, İnsan Alveri ilə bağlı beynəlxalq normalar, BMT qurumlarının fəaliyyəti, 2019-2024-cü illər üzrə Azərbaycan Dövlətinin milli Fəliyyət Planının tələbləri barədə iştirakçılara məlumat vermişdir.
Layihənin ekspert - hüquqşunası, Aydın Kərimov insan Alveri cinayətlərininqurbanları, əhalinin həssas təbəqələri və risk qrupuna aid şəxslər barədəiştirakçıları məlumatlandırmış, mübarizənin səmərəliliyinin artırılması məqsədilədövlət qrumları ilə vətəndaş cəmiyyətinin sıx əlaqədə çalışmasının zəruriliyini vurğulamışdır.Cəlilabad RPŞ-nin cinayət-axtarış bölməsinin rəis müavini, polis mayoru
Aqşin Səfərli isə polis-cəmiyyət münasibətlərindən və cinayətkarlıqla mübarizədəvətəndaşların iştirakının vacibliyini diqqətə çatdırmışdır.Seminar-təlim zamanı iştirakçılara QHT Agentliyinin maliyyə dəstəyi ilə çap olunmuş “İnsan Alveri” ilə bağlı kitabçalar paylanılmış və verilən suallarmahiyyəti üzrə cavablandırılmışdır. 


