Gündəm

"Senatorun Fransanı ittiham etməsi tam məntiqə uyğundur"

Senatorun Fransanı ittiham etməsi tam məntiqə uyğundur

"Yeni Kaledoniyalı senatorun Fransanı ittiham etməsi tam məntiqə uyğundur. Çünki bir çox hüquqi məsələlər var və onlar dünya səviyyəsində gündəmə gətirilməyib. Bu səbəbdən də Fransanın koloniya siyasəti və digər məsələlər hüquqi təsdiqini tapmayıb".

Bu sözləriSİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, faktiki olaraq dəfələrlə müxtəlif siyasi xadimlər, beynəlxalq təşkilatlar və hüquqşünaslar tərəfindən Fransanın apardığı kolonializm siyasəti ittiham olunub: "Dəfələrlə bu siyasətin hansı ərazilərdə həyata keçirildiyi vurğulanıb. Bunlar heç vaxt unudulmur".

Rauf Zeyni sözlərinə belə davam edib: "Adi nəzərlə baxdıqda, Fransanın dünya üçün nə qədər təhlükə mənbəyi olduğu göz önündədir. Buna görə də Fransa bizim regionda müharibə ocağı yaratmaq istəyir.

Axı bu cür işlər nəyə lazımdır?! Biz sülh yaratmaq istəyirik. Ona görə də belə kaledoniyalı senatorlar və diplomatların çıxışlar etməsinə böyük ehtiyac var ki, bu ölkə və onun rəhbərliyi haqqında dünyada obyektiv fikir formalaşsın".

NE
Nihadə Eyyubova