Hadisə Özəl

Sərnişin avtobusu aşdı: 2 ölü, 25 yaralı

Sərnişin avtobusu aşdı: 2 ölü, 25 yaralı

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşaraq aşıb.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Şanlıurfa vilayətində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis qrupları göndərilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova