Şou-biznes

Zaurun oğlu efirdə Röyaya tərs sual verdi: Neçə evin var? — VİDEO

Zaurun oğlu efirdə Röyaya tərs sual verdi: Neçə evin var? — VİDEO

Teleaparıcı Zaur Kamalın oğlu canlı yayıma çıxıb.

Yenisabah.az xəbər verir ki, o, “Həmin Zaur” proqramında Bartu Xalq artisti Röya Ayxana müxtəlif suallar ünvanlayıb:

- Belə ulduz olacağınıza inanırdınızmı? - Mən həmişə inanmışam ki, bir şey olacağam. Ulduz oldum. - Röyanı xalqa sevdirən nə oldu? - Özü kimi olmağı. -Sizi bu qədər sevən var, bəs siz onların içində birini tapıb sevmirsiniz? - Səni sevmək istəyirəm. Deyəsən, kanala təzə gəlmisiniz, cavan oğlan. - 200 min dolları bir yerdə görmüsünüz? -Heç vaxt. Mən ümumiyyətlə, toyda da pulları görmürəm, hamısını Kənan görür. - Röya xanım, Bakıda neçə eviniz var? -Deyə bilmərəm. Olmaz, ayıbdır.

NE
Nihadə Eyyubova