Türkiyənin Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Türkiyənin bölgədə davam edən əməliyyatları çərçivəsində İraq və Suriyadakı Amerika qüvvələri ilə olan gərginliyi azaltma mexanizmi müzakirə edilib.
Həmçinin, NATO-nun genişlənməsi məsələsi də müzakirə olunub.
Aysu Demokrat.az


