Hadisə Özəl

7 mərtəbəli binada yanğın baş verdi

7 mərtəbəli binada yanğın baş verdi

Hindistanın Maharaştra ştatında 7 mərtəbəli binada güclü yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Bildirilib ki, ştatın paytaxtı Mumbayda 7 mərtəbəli binada naməlum səbəbdən yanğın baş verib.

Yanğında 7 nəfərin ölüb, 44 nəfər isə yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Bölgə polisinin verdiyi məlumata əsasən, hadisənin təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova