Xızıda atasını qətlə yetirməkdə təqsirləndirilən Sənan Aftilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, bu ilin martın 23-də saat 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub.
S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


