Dünya Özəl

Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın Torişima adasının sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 11:00-da yerin 10 kilometr dərinliyində baş verib.

Zəlzələdən sonra bölgədə əhaliyə sunami xəbərdarlığı edilib.

Qeyd edək ki, zəlzələ nəticəsində dağıntı və ya itki hadisəsi baş verməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova