Çexiya ABŞ-dən 24 ədəd "F-35" qırıcı təyyarəsinin alınmasına razılıq verib.
Demokrat.az xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda, hökumətin 6,25 milyard dollar dəyərində "F-35" döyüş təyyarələrinin alınmasını təsdiqlədiyi bildirilib.
Həmçinin, ilk tədarükün 2029-cu ildə edilməsinin gözlənildiyi və bütün daşınmanın 2035-ci ilə qədər tamamlanacağı bildirilib.
Qeyd edək ki, bu, ölkənin öz tarixində imzalayacağı ən böyük müdafiə sazişi olacaq.
Aysu Demokrat.az


