Hərbi

Ordumuz Ağdərəni atəşə tutmayıb — Rəsmi

Ordumuz Ağdərəni atəşə tutmayıb — Rəsmi

Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır.

Bu barədə Demokrat.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.

D
demokrat.az