Xarici siyasət

Qazaxıstanda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirildi

Qazaxıstanda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirildi

Sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib, sənədlər imzalanıb.

DİN-dən bildirilib ki, Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclasda MDB ölkələrinin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə əməliyyat-profilaktik tədbirlərin və xüsusi əməliyyatların nəticələri müzakirə edilib.

Şura iclası transmilli cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə başa çatıb.

D
demokrat.az