İranın cənub-qərbində qar uçqunu nəticəsində azı iki nəfər ölüb.
Məlumata görə, üç nəfərlik bir ailə qarın altında qalıb. Hadisə nəticəsində onlardan ikisi - kişi və qadın dünyasını dəyişib. Xilasedicilər uşağı qarın altından çıxara biliblər.
Həmçinin, hadisə nəticəsində 30-a yaxın turistin qar altında qaldığı bildirilib. Təbii fəlakət zamanı onlar Bican dağ keçidi ilə hərəkət ediblər. Zərərçəkənlərin dəqiq sayı və onların vəziyyəti barədə məlumat verilmir.//Oxu.az


