Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
Demokrat.az xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda bildirilib.
Məlumata görə, telefon görüşü çərçivəsində tərəflər dünya neft bazarında baş verən ən son məsələləri müzakirə ediblər.
Həmçinin şahzadə, Səudiyyə Ərəbistanının BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) qoşulmaq müraciətini xatırladaraq, Rusiyaya dəstəkləri üçün təşəkkür edib.
Aysu Demokrat.az


