Dünya

İstanbula sel gəldi: Ölən və yalananlar var

İstanbula sel gəldi: Ölən və yalananlar var

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində şiddətli yağış yağıb.

Demokrat.az TRT-yə istinadən xəbər verir ki, İstanbul rəsmiləri Başakşehir və Küçükçekmece bölgələrində yağan leysan nəticəsində 2 nəfərin həyatını itirdiyini açıqlayıb.

Daxili işlər naziri Əli Yerlikaya da məlumatı təsdiq edib. O, ölənlərdən birinin xarici vətəndaş olduğunu bildirib.

Nazir sel zamanı 5 nəfərin yaralandığını vurğulayıb.

Bildirilir ki, sel nəticəsində şəhərin bir çox hissəsində binaların zirzəmilərini su basıb, çay kənarında qurulan gecəqondular dağılıb.

D
demokrat.az