Türkiyənin Konya vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, bölgədə yerli vaxtla saat 07.58-də 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin 13,5 kilometr dərinliyində baş verib.
Zəlzələnin təsiri ilə heç bir dağıntı və ya itki baş verməyib.
Aysu Demokrat.az


