Kriminal Özəl

İstanbulda terror əməliyyatında 8 nəfər saxlanıldı

İstanbulda terror əməliyyatında 8 nəfər saxlanıldı

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 8 şübhəli saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə şəhərin baş prokurorluğundan məlumat verilib.

Məlumata görə, terror təşkilatları ilə əlaqəsi olduğu müəyyən edilən 10 şübhəli barəsində əməliyyat keçirilib.

İstanbulun 5 rayonunda 10 fərqli ünvanda keçirilən əməliyyatlarda 8 şübhəli saxlanılıb.

Digər iki şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova