Dünya Özəl

Çilidə daşqın oldu, ölənlər var

Çilidə daşqın oldu, ölənlər var

Cənubi Amerika ölkəsi olan Çilidə daşqınlar nəticəsində 3 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Bildirilib ki, leysan yağışların səbəb olduğu daşqınlarda indiyədək 3 nəfər ölüb, 33 min 200 nəfər təxliyə edilib.

Eyni zamanda Maule, Nuble və Biobio bölgələrində küçələr su ilə dolduğu üçün çox sayda ev və avtomobilə ziyan dəyib.

Qeyd edək ki, daşqın bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova