Türkiyədə səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə ölkənin Amasya vilayətində baş verib.
Belə ki, sürətlə hərəkət edən yük maşını sərnişin avtobusuna çırpılıb.
Qəza nəticəsində 2 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə gələn təcili tibbi yardım qrupları ilkin müdaxilənin ardından yaralıları təcili yardımla xəstəxanaya aparıblar.
Hadisənin təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


