Region

Rusiyanın Ukrayandakı ordusunun sabiq komandanı vəfat etdi

Rusiyanın Ukrayandakı ordusunun sabiq komandanı vəfat etdi

Moskvada Rusiyanın Suriyadakı silahlı qüvvələri qruplaşmasının qərargahının keçmiş rəisi, Şərq Hərbi Dairəsinin qoşunlarının keçmiş komandanı, general-polkovnik Gennadi Jidko 58 yaşında ölüb.

Demokrat.az bildirir ki, bu barədə Xabarovsk vilayətinin qubernatoru Mixail Deqtyarov teleqram kanalında yazıb.

General Jidko uzun sürən xəstəlikdən sonra vəfat edib.

General-polkovnik Gennadi Jidko 2015-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Baş Rusiya Silahlı Qüvvələrinin 2-ci Əlahiddə Ümumqoşun Ordusu komandanının birinci müavini, Qərargah rəisi vəzifəsində xidmət edib.

2016-cı ilin sentyabrından 2017-ci ilin noyabrınadək isə qərargahı Samarada yerləşən Mərkəzi Hərbi Dairənin 2-ci Əlahiddə Ümumqoşun Ordusunun komandiri olub. 2016-cı ildə Jidko Rusiya Federasiyası Silahlı Qüvvələrinin Suriyadakı qrupunun qərargah rəisi vəzifəsində çalışıb.

2017-ci ildə Rusiya Federasiyasının Milli Qəhrəmanı adına layiq görülüb.

22 noyabr 2017-ci ildən 3 noyabr 2018-ci ilə qədər o, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olub. iyun 2018-ci ildə ona general-leytenant rütbəsi verilib.

2018-ci ilin noyabrında Jidko Şərq Hərbi Dairəsinin komandiri təyin edilib. O, noyabrın 13-də Qərb Hərbi Dairəsinin komandiri vəzifəsinə keçirilən Aleksandr Juravlyovu əvəzləyib.

2021-ci ildə Jidko Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin (GVPU) rəisi, müdafiə nazirinin müavini təyin edilib.

Jidko 26 may 2022-ci ildə Ukraynada rus qoşunlarının komandanı təyin edilib. O , ordu generalı Aleksandr Dvornikovu əvəz edərək Rusiya qüvvələrinə rəhbərlik edib. May ayında vəzifəyə başlayan Jidko 2 ay sonra Ukrayna cəbhəsində uğursuzluqlara görə Şərq Hərbi Dairəsinin rəisi vəzifəsinə endirilib. Onu və General Sergey Surovikin əvəz edib.

O, 2022-ci il oktyabrın 7-dən Şərq Hərbi Dairəsinin komandanı vəzifəsindən azad edilib. Yerinə General-leytenant Rüstəm Muradov təyin edilib.//Azpostinfo

D
demokrat.az