Dünya Özəl

İndoneziya sahillərində itkin düşən şəxslər xilas edildi

İndoneziya sahillərində itkin düşən şəxslər xilas edildi

İndoneziya sahillərində itkin düşən 7 nəfərdən 6-sı xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, itkin düşən 4 avstraliyalı və 2 İndoneziya vətəndaşı sağ-salamat tapılıb.

Sağ qalanların müalicə üçün Pinanq adasına köçürüldüyü qeyd edilib.

Xilas edilən şəxslərin necə sağ qaldığı hələlik məlum deyil.

İtkin düşmüş 1 nəfərin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova