İsrailin Ramat Haşaron şəhərində sənaye obyektində baş verən güclü partlayış nəticəsində 3 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, partlayışdan sonra yanğın baş verib. Bölgəyə polis, yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib.
Səlahiyyətlilər tərəfindən verilən açıqlamada 1-i ağır olmaqla 3 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, sözügedən partlayış son 2 ayda bölgədə baş verən üçüncü partlayış olub.
Səbəbi hələ məlum olmayan partlayışla bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


