Region

İrandan xəbərdarlıq: Xəzər dənizi daralır

İrandan xəbərdarlıq: Xəzər dənizi daralır

İranın Cenevrədəki Daimi Nümayəndəliyi, İran Kosmik Agentliyinin dərc etdiyi şəkillərə əsaslanaraq, Xəzər dənizinin sahil zolağının daralması barədə xəbərdarlıq edib.

Demokrat.az ISNA-ya istinadla xəbər verir ki, təxminən 10 ili əhatə edən tədqiqatlarda Xəzər dənizinin müxtəlif hissələri dəniz səviyyəsi baxımından qiymətləndirilib.

Araşdırma göstərir ki, hövzənin şimal hissəsində son illərdə, xüsusən də son 2 ildə suyun səviyyəsinin azalması və sahil xəttinin irəliləməsi müşahidə olunur.

Dənizin cənub hissəsində, İran sahillərində də çoxlu dəyişikliklər baş verməyib. Bu yəqin ki, maillilik və ya dərinliklə bağlıdır.

D
demokrat.az