Hadisə

AJB jurnalist mükafatlarını təqdim edəcək

AJB jurnalist mükafatlarını təqdim edəcək

Azərbaycan Jurnalistlər Birliyi (AJB) Milli Mətbuat Günü münasibətilə iyulun 22-də tədbir keçirəcək.

Tədbir "Hilton" otelinin "Oniks" zalında saat 12:00-dan 14:00 -a kimi keçiriləcək.

Ənənəyə görə, Həsən bəy Zərdabi adına jurnalist mükafatının illik təltifat mərasimi, həmçinin "Mətbuat Günü 1 il sonra - iyuldan-iyula qədər" elektron hesabatın təqdimatı olacaq.

Azərbaycan Jurnalistlər Birliyinə "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı rəhbərlik edir.

D
demokrat.az