Region

İranda SEPAH zabiti öldürüldü

İranda SEPAH zabiti öldürüldü

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti öldürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd olunub ki, İranın şimal-qərbindəki Çaldıran əyalətində hökumət əleyhinə qüvvələrin olması səbəbindən SEPAH hərbçiləri bölgədə nəzarət məntəqələri yaradıb. Həmin bölgəyə ezam olunan SEPAH zabiti Əmirhüseyn Salehian verilən tapşırığı yerinə yetirən zaman hökumət əleyhinə qüvvələrlə toqquşmada öldürülüb.//APA

D
demokrat.az