Kriminal Özəl

Qəbiristanlıqda silahlı insident törədən şəxsin məhkəməsi başlayır

Qəbiristanlıqda silahlı insident törədən şəxsin məhkəməsi başlayır

Goranboy rayonunda qəbiristanlıqda silahlı insident törətməkdə təqsirli bilinən Qədir Şirinzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Taleh Mustafayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 16-na təyin olunub.

İttihama görə, hadisə Goranboy rayonunun Rəhimli kənd qəbiristanlığında baş verib.

Əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşının vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlib. Orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb.

Qədir Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Vasif Fərhadlı zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova