Bakının Suraxanı rayonunda 1991-ci il təvəllüdlü Nicat ailə münaqişəsi zəminində həyat yoldaşı Xumara xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 12-də Yeni Suraxanı qəsəbəsində baş verib. Nicat yaşadıqları evdə arvadı Xumarın baş nahiyəsindən iki yumruq zərbə vurub.
Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xumar ilə 2019-cu ildə ailə həyatı qurub, birgə nikahlarından 2 övladları olub:
“Xumar ilə xasiyyətlərimiz uyğun gəlməyib. Etdiyim iradlarla razılaşmayaraq, bütün hallarda cavab qaytardığı səbəbindən demək olar, tez-tez aramızda küsülülüklər, mübahisələr baş verir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 12.00-da yaşadığı evdə olan zaman Xumara övladlarına yetəri qədər qayğı və diqqət göstərmədiyi səbəbindən irad bildirib:
“Xumar isə iradıma məhəl qoymadığı və mənə sərt qayda da cavab olaraq övladlarma tək özü baxmalı olmadığını dediyi üçün əsəbləşdim. Əlim ilə arvadımın baş nahiyəsinə iki dəfə zərbə vurdum. Onun hər iki əlinin barmaqlarını sıxaraq burdum. Həmin vaxt Xumarın barmaqlarını sıxıb burduğum üçün xəsarət aldığını hiss etdim”.
Bu cinayət işinə Suraxanı rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Nicatın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


