Türkiyənin Düzce vilayətində sərnişin mikroavtobusu yük maşınına çırpılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, yük maşını xarab olduğu üçün yolda dayanıb, sürətlə hərəkət edən sərnişin mikroavtobusu isə anidən maşına çırpılıb.
Qəza bölgəsinə dərhal xilasetmə və təcili tibbi yardım qrupları göndərilib.
İlkin baxış zamanı qəzada 1 nəfərin öldüyü və 10-u uşaq olmaqla, 20 nəfərin ağır yaralandığı müəyyən edilib.
Hadisənin təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


