Polislər axşam saatlarında çimərliklərə girişi dayandırıblar.
Bu barədəOxu.Az-a ətrafdakı vətəndaşlar məlumat veriblər.
Bildirilib ki, polis əməkdaşları girişi bağlayan zaman heç bir xəbərdarlıq etməyiblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar QafarovOxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən ictimai çimərliklərə təhlükəsizlik məqsədilə havanın qaranlıq saatlarında giriş dayandırılır:
“Batma və boğulma təhlükəsi yarana bilər. Qeyd edilən bütün tədbirlər vətəndaşların mühafizəsi və təhlükəsizliyi üçün həyata keçirilir. Xahiş edirik ki, təhlükəsizliklə bağlı olan bu məsələləri vətəndaşlar nəzərə alsınlar”.


