Region

İranda binalar uçdu, dağıntılar altında qalanlar var

İranda binalar uçdu, dağıntılar altında qalanlar var

İranda 5 bina uçub, dağıntılar altında qalanlar var. Bu barədə ISNA məlumat yayıb. Tehranda binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi səbəbindən 4 qonşu bina uçub. Nəticədə ən az dörd polis əməkdaşı və iki bələdiyyə işçisi dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından 4 nəfər xilas edilib. Dağıntılar altında qalan digər şəxslərin həyatını xilas etmək üçün tədbirlər həyata keçirilir.

NE
Nihadə Eyyubova