Hadisə

Cəlilabad sakinini əkin sahəsində ildırım vurdu

Cəlilabad sakinini əkin sahəsində ildırım vurdu

Cəlilabadda bədbəxt hadisə baş verib.

“Report”unməlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

NE
Nihadə Eyyubova