Xarici siyasət

“Rusiya ölkələri asılı vəziyyətə salmaq üçün ucuz taxıl təklif edir”

“Rusiya ölkələri asılı vəziyyətə salmaq üçün ucuz taxıl təklif edir”

“Rusiya inkişaf etməkdə olan ölkələrə onları asılı vəziyyətə salmaq üçün ucuz taxıl təklif edir”.

Azpost.info “Röyter”ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının rəsmisi Borrell bildirib.

“Dünya tədarükün kəsilməsi və qiymət artımı ilə üzləşdiyi bir vaxtda Rusiya indi aşağı qiymətlərlə ikitərəfli taxıl tədarükü təklifləri ilə həssas ölkələrə üz tutur”, – Borrell bildirib.

Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ sanksiyaların üçüncü ölkələrin ərzaq təhlükəsizliyinə təsir göstərməməsi üçün bütün səyləri göstərib. Onun sözlərinə görə, “Rusiyanın üçüncü ölkələrə ərzaq məhsulları və gübrə ixracına qarşı heç bir sanksiya yoxdur.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskvanın taxıl sazişinə qayıtması realdır. Lakin bunun üçün Rusiya qarşısında öhdəliklərin yerinə yetirilməsi, o cümlədən “Rosselxozbank”ın SWIFT-dən ayrılması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması tələb olunur.

D
demokrat.az