Azərbaycandaməhkum həbsxanada ölüb.
Lent.azxəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada cəza çəkən məhkum Valeh Mayıl oğlu Şirinzadə dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, V.Şirinzadə bu il aprel ayında biril beşay müddətinə azadlıqdan məhrum edilmişdi.


