Dünya Özəl

Zaxarova: “Nigerdəki hadisələri narahatlıqla izləyirik”

Zaxarova: “Nigerdəki hadisələri narahatlıqla izləyirik”

Rusiya Xarici İşlər Nazirliyi Nigerdə ​​baş verənləri narahatlıqla izlədiklərini bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova yazılı açıqlama verib.

Zaxarova açıqlamasında münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə çağırıb:

"Bütün mübahisəli məsələləri sülh və dialoq yolu ilə həll etməyə çağırırıq. Niger xalqının xeyrinə daxili sülhün bərpası üçün bu böhranın tez bir zamanda həllini gözləyirik. Niger Prezidenti Məhəmməd Bazumun əsgərlər tərəfindən dərhal azad edilməsini ümid edirik".

Qeyd edək ki, Nigerdə çevriliş etmək istəyən şəxslər ​​Prezident sarayını mühasirəyə alıb və Prezident Məhəmməd Bazumu devirdiklərini açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova