Pari Sen-Jermen FK-nın qapıçısı Canluici Donnarummanın evinə girən silahlı oğrular təxminən yarım milyon avro dəyərində olan qiymətli əşyaları oğurlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Bildirilib ki, 4 nəfər oğru Donnarummanın mənzilinə hücum edib.
Hadisə zamanı qapıçı yüngül yaralanıb və xəstəxanaya yerləşdirilib.
Oğrular bahalı saatlar, zinət əşyaları və digər dəbdəbəli aksessuarlar da daxil olmaqla təxminən yarım milyon avro dəyərində olan qiymətli əşyaları aparıblar.
Oğruların axtarışı istiqamətində araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


