Pakistan Rusiyadan inkişaf etməkdə olan ölkələrin ərzaq təhlükəsizliyini təmin etmək üçün Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıtmağı xahiş edib.
Demokrat.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari keçirilən mətbuat konfransında bildirib.
Nazir açıqlamasında deyib:
“Taxıl dəhlizi sazişinin dayandırılmasının inkişaf etməkdə olan ölkələrdə inflyasiyanı artıracaq. Rusiyadan bu sazişə geri qayıtmağını xahiş edirik. Qara dəniz taxıl dəhlizinin təşkil olunması müsbət təşəbbüs idi. Müqavilənin bərpası təkcə bizim deyil, bütün inkişaf etməkdə olan dünya ölkələrinin maraqlarına uyğundur".
Nazir eyni zamanda bütün tərəfləri razılaşmanın bərpası üçün birgə işləməyə çağırıb.
Aysu Demokrat.az


