Dünya Özəl

İsveçrədə meşə yanğını başlayıb

İsveçrədə meşə yanğını başlayıb

İsveçrədə dünən axşam saatlarında meşəlik ərazi yanmağa başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, yanğınla əlaqədar ərazidən 200-dən artıq insan təxliyə edilib.

Səlahiyyətlilər indiyə qədər heç bir can itkisinin və dağıntının olmadığını bildirib.

Eyni zamanda indiyədək 100 hektar ərazinin yandığını, yanğının söndürülməsinin günlər çəkə biləcəyini vurğulayıb.

Polis yanğının səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlanıldığını açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova