İdman Özəl

Gündüz Abbaszadəyə AFFA-da vəzifə verilir? — Özü DANIŞDI

Gündüz Abbaszadəyə AFFA-da vəzifə verilir? — Özü DANIŞDI

Tanınmış idman şərhçisi Gündüz Abbaszadə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yeni mətbuat katibi təyin oluna bilər.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AFFA rəhbərliyindən jurnalistə iş təklifi edilib.

Telejurnalist Gündüz Abbaszadə isə Demokrat.az-a açıqlamasında sözügedən məlumatı təkzib edib:

"Təbii ki, belə bir təklif olarsa, bu mənim üçün böyük qürur və fəxr olar. Lakin indiyədək mənə bununla bağlı AFFA-dan heç təklif edilməyib. Əgər gələcəkdə mənə belə bir təklif olarsa, o zaman mən də bu təklifi sevə-sevə dəyərləndirəcəm".

Qeyd edək ki, Gündüz Abbaszadə Azərbaycanın peşəkar və tanınmış idman jurnalistlərindəndir.

O, Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, Dünya və Avropa çempionatlarının final matçlarının şərhçisi olub.

Bundan başqa, 2019-cu ildə UEFA Avropa liqasının Bakıda keçirlimiş, "Arsenal" FK və "Çelsi" futbol komandaları arasında baş tutmuş final oyununu şərh edib. DÇ-2018 və DÇ-2022-nin final oyunlarının şərhçisidir.

Gündüz Abbaszadə 2007-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az