Hadisə Özəl

Dərmandan zəhərlənən qadın dünyasını dəyişdi

Dərmandan zəhərlənən qadın dünyasını dəyişdi

Türkiyədə qəbul etdiyi dərmanlardan zəhərləndiyi iddia edilən qadın xəstəxanada dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Ordu vilayətində baş verib.

İddialara görə, 52 yaşlı qadın qəbul etdiyi psixiatrik dərmanlardan zəhərlənib.

Dərhal təcili tibbi yardım qruplarına xəbərdarlıq edilib və qadın xəstəxanaya yerləşdirilib.

Vəziyyəti ağır olan qadın bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Polis faktla bağlı araşdırmalara başlanıldığını bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova