Region Özəl

Ərdoğan taxıl sazişi ilə bağlı açıqlama verdi

Ərdoğan taxıl sazişi ilə bağlı açıqlama verdi

“Bu gün verilən açıqlamaya baxmayaraq, Rusiya prezidenti Putinin bu humanitar körpünün davam etməsini istədiyinə inanıram".

Demokrat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri öncəsi keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, taxıl sazişi artıq diplomatik təşəbbüs kimi tarixə düşüb:

"Dünya bazarlarına 33 milyon tondan çox taxıl məhsulları göndərilib. Bu məqsədlə biz son günlər diplomatik səylərimizi gücləndirmişik. İştirak edən bütün tərəflərə təşəkkür edirik.

Bu gün verilən açıqlamaya baxmayaraq, Rusiya prezidenti Putinin bu humanitar körpünün davam etməsini istədiyinə inanıram. Səfərdən qayıdan kimi cənab Putinlə də görüşəcəyəm".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova