Hadisə Özəl

Silahlı davada 1 nəfər öldü, 1 nəfər yaralandı

Silahlı davada 1 nəfər öldü, 1 nəfər yaralandı

Türkiyənin Ərdahan vilayətində iki nəfər arasında yaranan mübahisə silahlı davaya çevrilib.

Demokrat.az xəbər verir ki, Ərdahanın Damal rayonunda iki nəfər şəxs naməlum səbəbdən mübahisə etməyə başlayıb.

Mübahisə zamanı tərəflərdən biri silahla atəş açmağa başlayıb.

Atəş nəticəsində mübahisə edən tərəflərlə yanaşı onları ayırmaq üçün əraziyə gələn şəxs də güllə yarası alıb.

Hadisə yerinə polis və həkim qrupları gəlib.

Rəsmilərin verdiyi açıqlamada 1 nəfərin öldüyü, kömək üçün gələn 1 nəfərin isə yaralandığı bildirilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova