Hadisə Özəl

Fabrik çökdü — İşçilər yerin altında qaldı

Fabrik çökdü — İşçilər yerin altında qaldı

Türkiyənin Giresun vilayətində güclü yağışlar nəticəsində fabrikdə çöküntü baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, güclü yağış fabrikin anbar hissəsində çöküntüyə səbəb olub.

Çöküntü nəticəsində fəhlələr dağıntı altında qalıb.

Hadisə yerinə jandarma və xilasetmə qrupları gəlib.

Dağıntılar altında qalan 3 işçidən 2-si xilas edilib. 50 yaşlı digər işçinin axtarışı isə davam edir.

Aysu Demokrat.az

D
demokrat.az