Sosial Özəl

“Sulu el abad, susuz el viran olar...” — Suraxanı rayonunun köhnə problemi

“Sulu el abad, susuz el viran olar...” — Suraxanı rayonunun köhnə problemi

Suraxanı rayonu, Yeni Günəşli “V” massivi sakinləri suyun verilmə qrafikindən narazıdırlar.

Demokrat.az xəbər verir ki, narazı vətəndaşlar məsələni feysbuk sosial şəbəkəsində gündəmə gətiriblər.

Vətəndaşların bildirdiyinə görə, Yeni Günəşli “V” massivində yay fəsli olduğuna baxmayaraq su hər gün fasilələrlə verilir.

Yayın qızmar günlərində sakinlər yalnız səhər saat 06:00-dan 13:00-a qədər, axşamsa 18:00-dan 20:00-a qədər su üzü görə bilirlər.

O da qeyd edilib ki, artıq bir aydır bu vəziyyət davam edir. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edən sakinlər şikayətlərinin cavabsız qaldığını deyirlər.

Məsələ ilə bağlı cavabdeh qurumlarla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Problemi diqqətdə saxlayacayıq.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az